Press "Enter" to skip to content

Nazirlikdə Ekspert komissiyasının üzvləri ilə görüş

Nazirlikdə Ekspert komissiyasının üzvləri ilə görüş

BAYAQDAR MEDİA – Martın 10-da Mədəniyyət Nazirliyində qurumun nəzdində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert komissiyasının üzvləri ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “mədəniyyət naziri Adil Kərimli Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında mədəniyyətin müxtəlif sahələri kimi, təsviri və dekorativ-tətbiqi sənətin də inkişafı ilə bağlı müddəaların öz əksini tapdığını diqqətə çatdırıb. Qeyd olunub ki, sənəddə müasir təsviri və dekorativ-tətbiqi sənətin inkişafı, sərbəst bədii yaradıcılıq axtarışlarının dəstəklənməsi, beynəlxalq aləmə inteqrasiya və milli mədəniyyət nailiyyətlərinin təbliği məqsədilə qarşıya yeni vəzifələr qoyulub”.

Sonra xəbərdə, “görüşdə komissiyanın sədri, Azərbaycan Rəssamlar İttifaqının rəhbəri Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək kommissiyanın fəaliyyəti haqqında məlumat verib. Komissiyanın üzvləri – xalq rəssamları, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Hüseyn Haqverdiyev, Aydın Rəcəbov, Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə, “Azərxalça” ASC İdarə heyətinin sədri Emin Məmmədov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sevil Kərimova və Mədəniyyət Nazirliyinin sektor müdiri Aybəniz Əliyeva komissiyaya edilən müraciətlər, əsərlərin qiymətləndirmə meyarları və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.