Press "Enter" to skip to content

Qeydə alınan dövriyyə 16 faizdən çox artıb

NKA aparatı

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 111.383 ədəd belə NKA quraşdırılıb.

Bu barədə DVX-dən məlumat verilib.

Məlumata görə, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb: “2026-cı ilin yanvar-fevral aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4 milyard 553,1 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 635,8 milyon manat, yaxud 16,2 faiz çoxdur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.