Press "Enter" to skip to content

“Təlimçilər üçün təlim” keçirilib

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Anar Həsənov tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün “Təlimçilər üçün təlim” mövzusunda təlim təşkil olunub. Təlim Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar olaraq keçirilib.

Bu barədə DİM-in məlumatında qeyd edilib.

Bildirilib ki, təlim zamanı iştirakçılar təlim funksiyasının strateji rolu, peşəkar təlimçinin şəxsi keyfiyyətləri, təlimçinin profili, təlim metodları və növləri, təlimə hazırlıq prosesi, təqdimat bacarıqları, auditoriya ilə işin əsas xüsusiyyətləri, qrupların yaradılması və qrup oyunları, təqdimat zamanı bədən dili, ilk təəssüratın yaradılması, praktik təqdimat işləri, elektron təqdimatların hazırlanması və s. mövzularda nəzəri və praktiki biliklərə yiyələniblər.

Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.