BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin 23 fevral 2026-cı il tarixli Sərəncamına əsasən, “AzerGold” QSC-nin “Tərəqqi” medalı ilə təltif olunmuş bir qrup əməkdaşı ilə görüş keçirilib. Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov dövlət təltifinə layiq görülən mütəxəssisləri kollektiv adından təbrik edib.
Bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, Zakir İbrahimov bildirib ki, bu mükafat ölkəmizin dağ-mədən sənayesini uğurla təmsil edən “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi çərçivəsində həm fərdi nailiyyətlərə, həm də bütövlükdə kollektivin əməyinə verilən yüksək dəyərin göstəricisidir: “Sədr göstərilən diqqətə görə kollektiv adından dövlət başçısına təşəkkürünü ifadə edib. Qeyd olunub ki, bu etimad əməkdaşların fəaliyyətlərini daha böyük əzmlə davam etdirmələri üçün mühüm stimul yaradır. Dövlət təltifinə layiq görülən əməkdaşlar onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər. Onlar göstərilən etimadı doğruldacaqlarını və fəaliyyətlərini daha böyük məsuliyyətlə davam etdirəcəklərini vurğulayıblar”.
Sonda əməkdaşlara “Tərəqqi” medalları və vəsiqələr təqdim olunub.






İlk şərhi yaza bilərsiniz