Press "Enter" to skip to content

Tanınmış sənətçilər Eskişehirliləri güldürəcək

“Oyunun oyunu” Eskişehirdə nümayiş oluncaq

BAYRAQDAR MEDİA – “Oyunun oyunu” tamaşası yenilənmiş zarafat dili və güclü kollektiv ruhu ilə Eskişehirdə nümayiş oluncaq. İngilis dramaturqu Michael Fraynın məşhur “Noises Off” əsəri əsasında hazırlanmış tamaşa yerli elementlərlə zənginləşdirilmiş yeni interpretasiya ilə təqdim ediləcək.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, səhnə performansının dinamikliyi və fasiləsiz tempi tamaşaçılara əyləncəli teatr təcrübəsi yaşatmağı hədəfləyir: “Tamaşanın baş rollarında Engin Alkan, Günay Karacaoğlu və Salih Kalyon çıxış edirlər. Səhnədə onlara Duygu Kurt, Sertaç Güder, Tutku Erten, Zeynep Sevi Yılmaz, Enis Aybar və Ömür Arpacı kimi aktyorlar da qoşularaq tamaşaya xüsusi enerji qatırlar”. Qeyd edilib ki, “Oyunun Oyunu” tamaşası 2 aprel tarixində Eskişehirdə yerləşən Vehbi Koç Konqres Mərkəzində səhnələşdiriləcək. Tamaşanın saat 20:30-da başlayacağı və şəhər sakinlərinə unudulmaz gülüş dolu anlar yaşadacağı gözlənilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.