Press "Enter" to skip to content

UNAOC rəhbərliyi ilə görüş

UNAOC rəhbərliyi ilə görüş

BAYRAQDAR MEDİA – Martın 11-də mədəniyyət naziri Adil Kərimli Azərbaycanda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru Nihal Saad ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə 12–14 mart tarixlərində Prezidentin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək XIII Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb. Nazir Azərbaycanın UNAOC ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirib”.

Daha sonra xəbərdə, “tərəflər Prezident İlham Əliyevin təşəbbüsü ilə qlobal səviyyədə həyata keçirilən “Bakı Prosesi” çərçivəsində qurulmuş tərəfdaşlığın möhkəmləndiyini qeyd ediblər və cari ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqların gedişatını müzakirə ediblər. Söhbət zamanı mürəkkəb geosiyasi şəraitdə mədəni diplomatiyanın və mədəniyyətlərarası dialoqun rolunun artırılması, həmçinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.