Press "Enter" to skip to content

Azərbaycan boksçularının beynəlxalq turnirdə uğuru

Azərbaycan boksçularının beynəlxalq turnirdə uğuru

BAYRAQDAR MEDİA – Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb. Azərbaycan millisi 18 ölkənin qatıldığı yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından (ABF) daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycan komandasının heyətində Rza Rzayev (70 kq) bütün rəqiblərinə qalib gəlib. O, finalda Maksim Kirillovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər boksçulardan Heydər Əzməmmədov (85 kq) gümüş, Vüsal Xəlilov (65 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər. Azərbaycan millisi bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.