BAYRAQDAR MEDİA – Martın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç arasında telefon danışığı olub. Danışıq Serbiya tərəfinin təşəbbüsü ilə reallaşıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəflər iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə edib, regionda cərəyan edən proseslər və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.






İlk şərhi yaza bilərsiniz