Press "Enter" to skip to content

Ceyhun Cəlilov MetinTokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı ordu generalı MetinTokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə nümayəndəlikdən məlumat verilib.

Məlumata görə, görüş zamanı səlahiyyətli nümayəndə Ceyhun Cəlilov qonaqları salamlayaraq onları muxtar respublikada görməkdən məmnun olduğunu bildirib: “O, Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə, ortaq dəyərlərə və qarşılıqlı etimada əsaslanan münasibətlərin dinamik inkişaf etdiyini qeyd edib. Səlahiyyətli nümayəndə vurğulayıb ki, müstəqil Azərbaycan bu gün müzəffər lideri, güclü dövləti, qüdrətli ordusu və vətənpərvər xalqı ilə dünya arenasında fəxrlə addımlayır. “Bir millət, iki dövlət” anlayışı ilə əsrlərə dayanan dostluq və qardaşlıq münasibətlərimiz-siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə dərinləşməkdədir”.

Məlumata əsasən, Ceyhun Cəlilov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi dövründə, eləcə də bütün sahələr üzrə Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstək ölkəmizdə yüksək qiymətləndirilir: “Naxçıvan Beynəlxalq Hava Limanının dron hücumuna məruz qalması nəticəsində Naxçıvan–Bakı və əks istiqamətlərdə uçuşların müvəqqəti dayandırıldığı tarixlərə toxunub. Qeyd edib ki,muxtar respublika ilə ölkəmizin əsas hissəsi arasında sərnişin daşımalarının fasiləsizliyini təmin etmək məqsədilə 5-9 mart tarixlərində Bakıdan Türkiyənin İğdır şəhərinə aviareyslərin təşkil olunması qardaş ölkə ilə dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir. Ceyhun Cəlilov həmçinin Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında Sədərək-Dilucu gömrük-keçid məntəqəsi vasitəsilə gediş-gəlişin təmin olunmasında mühüm rol oynayan, bir millət, iki dövlət prinsipinin rəmzinə çevrilən “Ümid” körpüsünün Ümummilli Lider HeydərƏliyev və Türkiyə Respublikasının Baş naziri Süleyman Dəmirəlin iştirakı ilə istifadəyə verildiyini xatırladıb”.

Səmimi qarşılanmaya və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən ordu generalı Metin Tokel strateji müttəfiqliyə əsaslanan hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusi vurğulayıb: “O, Azərbaycan Ordusunun davamlı inkişaf etdiyini və bunun qardaş Türkiyədə böyük məmnunluq doğurduğunu qeyd edib. Metin Tokel Naxçıvan Muxtar Respublikasında baş verən son hadisələrin üzücü olduğunu diqqətə çatdıraraq, insan tələfatının olmamasını sevindirici hal kimi dəyərləndirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.