Press "Enter" to skip to content

DİM-in nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

Təlim zamanı

BAYRAQDAR MEDİA – 2–5 mart 2026-cı il tarixlərində Niderland Krallığının Maastrixt şəhərində Avropa Dövlət İdarəetmə İnstitutunun (European Institute of Public Administration – EIPA) ev sahibliyi ilə CAF üzrə Təlimçilərin Hazırlanması Təlimi (CAF Training of Trainers – ToT) keçirilib. Təlim Ümumi Qiymətləndirmə Çərçivəsi (Common Assessment Framework – CAF) üzrə bilik və bacarıqların gücləndirilməsi, dövlət qurumlarında özünüqiymətləndirmə prosesində iştirak edən mütəxəssislərin potensialının artırılması və CAF metodologiyasının tətbiqi sahəsində institusional imkanların inkişaf etdirilməsi mövzularını əhatə edib.

Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilib.

Bildirilib ki, təlimdə Dövlət İmtahan Mərkəzini İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Günəş Qədimova, Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov, Strateji araşdırmalar və layihələrin idarə edilməsi sektorunun müdiri Nərmin Abdurəhmanova təmsil ediblər: “Təlim çərçivəsində iştirakçılar CAF modelinin tətbiqi, təşkilatlarda özünüqiymətləndirmə proseslərinin təşkili, prioritetlərin müəyyənləşdirilməsi və fəaliyyət planlarının hazırlanması istiqamətində təcrübə mübadiləsi aparıblar. Qeyd edək ki, hazırda Dövlət İmtahan Mərkəzində Avropa CAF Resurs Mərkəzinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) və OECD-nin SIGMA proqramının təşəbbüsü ilə CAF layihəsi həyata keçirilir. Təlimdə iştirak edən nümayəndələr də bu layihə çərçivəsində fəaliyyət göstərən özünüqiymətləndirmə qrupunun üzvləridir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.