BAYRAQDAR MEDİA – Erciyes Universitetinin Kommunikasiya Fakültəsi və Karyera Yönləndirmə və Məlumatlandırma Mərkəzinin birgə təşkilatçılığı ilə “Həmyaşıd karyera görüşü” adlı tədbir keçirilib.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, universitetin İŞKUR İş Klubu ofisində təşkil edilən proqram tələbələr üçün təcrübə mübadiləsi platforması kimi nəzərdə tutulub: “Tədbirdə jurnalistika ixtisası üzrə təhsil alan tələbələr Sema Aydemir, Furkan Bozkurt və Şafak çıxış ediblər. Həmçinin ictimaiyyətlə əlaqələr və tanıtım ixtisasının tələbələri Fatma Nevval Kök və Elif Öztürk də öz təcrübələrini bölüşüblər”.
Məlumata əsasən, radio, televiziya və kino ixtisası üzrə təhsil alan Mithat Pala və Enes Karagülle də tədbirdə iştirak edərək təhsil həyatları ilə bağlı məlumat veriblər: “Onlar universitetdə qazandıqları bilik və bacarıqları, həmçinin karyera planlaşdırması ilə bağlı düşüncələrini iştirakçılarla bölüşüblər. Görüşün məqsədi tələbələrin bir-birindən öyrənməsi və gələcək karyera yollarını daha aydın şəkildə planlaşdırmalarına kömək etmək olub”. Tədbir iştirakçılar üçün həm maarifləndirici, həm də motivasiyaedici mühit yaradıb.






İlk şərhi yaza bilərsiniz