BAYRAQDAR MEDİA – Suraxanı rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 36 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə “8 Mart – Beynəlxalq Qadınlar Günü”nə həsr olumuş “Balaca ulduzların ilk parıltısı” adlı konsert proqramı keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən daxil olub.
Xəbərdə deyilir ki, “Konsertdə məktəbin I sinif şagirdləri müxtəlif musiqi alətlərində ifa etdikləri əsərlərlə öz bacarıqlarını nümayiş etdirib. Balaca ifaçıların səhnədəki çıxışları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb”.






İlk şərhi yaza bilərsiniz