Press "Enter" to skip to content

Lisey şagirdləri üçün tanıtım turları davam edir

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Eskişehirdə lisey şagirdləri üçün tanıtım turları davam edir. Anadolu Universitetinin Korporativ Kommunikasiya Koordinatorluğunun Tanıtım Ofisi tərəfindən təşkil edilən kampus turları sayəsində abituriyentlər universiteti daha yaxından tanımaq imkanı əldə edirlər.

Bu barədə Anadolu Univeristetindən məlumat verilib.

Məlumata görə, bu çərçivədə Antalya Muratpaşa Aldemir Atilla Konuk Anadolu Liseyinin şagirdləri Yunus Emre kampusunu ziyarət ediblər. Təcrübəli kampus bələdçilərinin müşayiəti ilə keçirilən tanıtım turunda şagirdlərə universitetin infrastrukturu və imkanları haqqında geniş məlumat verilib. Onlara idman kompleksləri, yeməkxana, kitabxana xidmətləri, təqaüd və yataqxana imkanları barədə məlumat çatdırılıb. Eyni zamanda tələbə klubları və universitet həyatının müxtəlif istiqamətləri barədə də məlumat verilib.

Proqram çərçivəsində bəzi fakültələr də ziyarət olunub və şagirdlər müəllimlərlə görüşərək maraqlandıqları sualları ünvanlamaq imkanı əldə ediblər. Ziyarət zamanı şagirdlər universitetin rektoru professor Yusuf Adıgüzel ilə də görüşüblər. Rektor universitet seçimi prosesində kampusları yerində görməyin vacibliyini vurğulayaraq gənclərə təhsil və karyera planlaşdırması ilə bağlı tövsiyələr verib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.