Press "Enter" to skip to content

Məktəblilər məişət zorakılığı və ondan müdafiə vasitələri barədə məlumatlandırılıb

Məktəblilər məişət zorakılığı və ondan müdafiə vasitələri barədə məlumatlandırılıb

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən Beyləqan şəhəri, Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində məişət zorakılığı mövzusuna həsr olunan maarifləndirici görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə 8-11-ci sinif şagirdləri ilə yanaşı, Beyləqan rayon İcra Hakimiyyətinin nümayəndəsi və QHT üzvləri iştirak ediblər. Görüşdə Agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, məişət zorakılığı mövzusunda təqdimat edilib. Şagirdlərə məişət zorakılığının formaları, onun yaratdığı fəsadlar və belə hallarla qarşılaşdıqda müraciət edə biləcəkləri dəstək mexanizmləri izah olunub”.

Səlahiyyətli nümayəndələr və məktəblilər arasında fikir mübadiləsi aparılıb. Eləcə də iştirakçıların sualları cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.