Press "Enter" to skip to content

Qadınların öndə olması vacibdir

Tədbirdən xatirə fotosu

İZAZDER Qadınlar Komitəsinin təşkil etdiyi tədbirdə qadınların bütün sahələrdə irəli çəkilməsinin əhəmiyyətindən bəhs edilib

BAYRAQDAR MEDİA – İzmir Azərbaycan Dərnəyinin Qadınlar Komitəsi (İZAZDER) tərəfindən qadınlara həsr edilmiş proqram təşkil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İZAZDER-dən məlumat verilib.

Məlumatda deyilir ki, tədbirdə İzmirin fəal xanımları, o cümlədən İzmir Böyükşəhər Bələdiyyə Başçısı Dr. Cemil Tuqayın həyat yoldaşı Öznur Tuqay, İZAZDER Qadınlar Komitəsinin sədri Terlan Akçay, proqramın ərsəyə gəlməsində xüsusi fəallıq göstərən İZAZDER-in Baş katibi Turanə İsmayılova və İdarə Heyətinin üzvü Zəminə Yalçın Babayevan, İZAZDER sədri Pərviz Altayın həyat yoldaşı Ülviyyə Altay, İzmir Böyükşəhər Bələdiyyəsinin Xarici Əlaqələr Departamentinin rəhbəri Selin Sayın Kapançı, Azərbaycandan gələn qonaqlar və İzmirdə yaşayan dərnək üzvləri iştirak ediblər.

Məlumata əsasən, proqramda qadınların cəmiyyətdəki rolu və həmrəyliyin əhəmiyyəti müzakirə edilib: “Proqramda ilk olaraq İZAZDER Qadınlar Komitəsinin sədri Terlan Akçay çıxış edərək, “İki şəhər, tək ürək qadınları” adlı tədbirin qadın həmrəyliyinin güclənməsi və Azərbaycan -Türkiyə dostluğunun daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb”.

Daha sonra İzmir Böyükşəhər Bələdiyyə Başçısı Dr. Cemil Tuqayın həyat yoldaşı Öznur Tuqay çıxış edib: “Öznur Tunay qadınların həyatın hər sahəsində daha güclü şəkildə təmsil olunmasının önəminə diqqət çəkib. O qeyd edib ki, qadınların təhsildən iqtisadiyyata, sosial həyatdan qərarvermə mexanizmlərinə qədər hər sahədə daha görünən olması vacibdir və qadınların bərabər, zorakılıqdan uzaq və təhlükəsiz həyat şəraitinə sahib olması yalnız qadınların deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir”.

Məlumata əsasən, proqramın sonunda Terlan Akçay, tədbirdə iştirak edərək qadın həmrəyliyinə verdiyi dəstəyə görə Öznur Tuqaya təşəkkür edib və ona Azərbaycan mədəniyyətini simvolizə edən xüsusi bir örtü hədiyyə edib. Ö.Tuqay isə öz növbəsində Akçaya nazar boncuğu təqdim edərək təşəkkürünü bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.