BAYRAQDAR MEDİA – Naxçıvanın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Şahbuz şəhər 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış və təxliyə qaydaları” mövzusunda təlim keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “FHN-in aidiyyəti qurumlarının müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd təhsil ocağının kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub. Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib”.
Sonra xəbərdə, “təlimin praktiki hissəsinə şərti zəlzələ və yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra müəllimlər tərəfindən siniflərdən şagirdlərin təxliyəsi həyata keçirilib, “zərəçəkmişlər”ə ilkin tibbi və psixoloji yardım göstərilib. Daha sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş verən məktəbdə təxliyə planına uyğun olaraq, binada qalmış şagirdlərin və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “zərərçəkmişlər xilas olunaraq onlara ilkin yardım göstərilib”” deyə qeyd edilir.
Təlim uğurla başa çatıb və qarşıya qoyulan məqsədlərə nail olunub.






İlk şərhi yaza bilərsiniz