BAYRAQDAR MEDİA – Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan yazıçı, şair, dramaturq, publisist və tərcüməçi Seyran Səxavətin 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görüş keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbir zamanı S.Səxavət əsərlərində dərin humanizmi, realizmi, fəlsəfi-psixoloji təhlil genişliyi ilə çağdaş ədəbi nümunələr arasında özünəməxsus yer tutan, oxucu kütləsinin və ədəbi-elmi ictimiyyətin diqqətini daim özünə cəlb edən yaradıcılığı ilə bağlı fikirlərini bölüşəcək. Həmçinin müəllif oxucularla səmimi söhbət aparacaq, iştirakçıların suallarını cavablandıracaq”.
Tədbir martın 13-də saat 12:00-da MEK-in Şuşa zalında olacaq.






İlk şərhi yaza bilərsiniz