Press "Enter" to skip to content

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbiri

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirin məqsədi müəssisədə yaşayan sakinlərin sosial fəallığının artırılması, mədəni tədbirlərdə iştirakının təmin edilməsi və onlarla bayram ab-havasının paylaşılması olub. Tədbir çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının müəllim və tələbələri tərəfindən konsert proqramı təqdim olunub. Proqramda müxtəlif rəqs nömrələri və musiqi ifaları nümayiş etdirilib. Görüş zamanı müəssisənin sakinlərinə bayram sovqatları da təqdim edilib”.

Ahıl sakinlər göstərilən qayğıya və maraqlı bədii proqrama görə minnətdarlıqlarını bildiriblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.