Press "Enter" to skip to content

Azərbaycanın sədrliyi ilə BNF-nin növbəti iclasları

Azərbaycanın sədrliyi ilə BNF-nin növbəti iclasları

BAYRAQDAR MEDİA – Parisdə Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyat Tədqiqat Komitəsinin və Nəqliyyatı İdarəetmə Şurasının növbəti iclasları keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirlərdə Azərbaycanın BNF-yə sədrlik çərçivəsində müəyyən etdiyi prioritetlərin əhəmiyyəti vurğulanıb. Üzv ölkələr qlobal nəqliyyat siyasəti üzrə dialoqun gücləndirilməsi, beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı, dayanıqlı nəqliyyat sistemlərinin təşviqi istiqamətində Azərbaycanın gördüyü işləri müsbət qiymətləndirib. İclaslarda təşkilatın fəaliyyət proqramı, qarşıdakı dövr üçün strateji prioritetlər və qlobal nəqliyyat siyasətinin inkişafı ilə bağlı əsas istiqamətlər müzakirə olunub. Eyni zamanda, 6-8 may tarixlərində Azərbaycanın sədrliyi ilə Almaniyanın Leypsiq şəhərində keçiriləcək BNF Zirvə Toplantısının proqramı və hazırlıq məsələləri diqqət mərkəzində olub”.

Qeyd edək ki, hər il keçirilən Zirvə Toplantısı nəqliyyat nazirləri və sektor liderlərinin ən böyük görüş platforması hesab olunur. Bu il tədbir “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi” mövzusuna həsr ediləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.