BAYRAQDAR MEDİA – Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə badminton üzrə oğlanlar və qızlar arasında hazırlıq və yoxlama yarışı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Komitədən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, eləcə də autizm və Daun sindromu mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər. Turnirdə “Yelo Bank”ın nəzdində fəaliyyət göstərən badminton klubunun uşaqları da iştirak edib. Klub ötən ilin sentyabrında Azərbaycan Badminton Federasiyasının təşəbbüsü, “Yelo Bank” və DOST Agentliyinin dəstəyi ilə yaradılıb. Ümumilikdə 50-yə yaxın idmançı mübarizə aparıb. Qalib gələn iştirakçılar medal, diplom və hədiyyələrlə təltif olunublar”.
Tədbir iştirakçıların bacarıqlarının artırılmasına və inklüziv idmanın təşviqinə xidmət edib.






İlk şərhi yaza bilərsiniz