Press "Enter" to skip to content

Beş layihə dəstək qazanıb

Iğdır Universiteti

BAYRAQDAR MEDİA – Türkiyənin Gənclik və İdman Nazirliyinin həyata keçirdiyi “Universitet Tələbə Qrupları Əməkdaşlıq və Dəstək Proqramı”nın (ÜNİDES) 6-cı dövrünün nəticələri açıqlanıb. Qiymətləndirmələr nəticəsində Iğdır Universitetinə bağlı beş tələbə qrupunun layihəsi dəstək almağa layiq görülüb.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, layihələrdən dördü milli, biri isə yerli səviyyədə hazırlanıb: “Hazırlıq mərhələsində Iğdır Gənclik və İdman İl Müdirliyi ilə Gənclik Mərkəzi də mühüm rol oynayıb. Rektor Prof. Dr. Ekrem Gürel bu uğurdan məmnunluğunu ifadə edərək tələbə qruplarını təbrik edib. O, tələbələrin sosial və elmi fəaliyyətlərdə aktiv olmasının universitet həyatını zənginləşdirdiyini vurğulayıb. Layihələrdə əməyi keçən bütün tələbələrə, akademik məsləhətçilərə və tərəfdaş qurumlara təşəkkürünü bildirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.