BAYRAQDAR MEDİA – BMT Baş katibinin müavini və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovla görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə olunub. Həmçinin Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası və Ümumdünya Ətraf Mühit Gününə hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.






İlk şərhi yaza bilərsiniz