BAYRAQDAR MEDİA – Bilecik Şeyh Edebali Universiteti, ÜNİDES layihələrinin qəbul nisbətində Türkiyə universitetləri arasında 16-cı sıraya yüksəlib.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, ÜNİDES proqramı gənclərin şəxsi, sosial, mədəni və idman sahəsində inkişafına dəstək olmağı hədəfləyir: “6-cı dövr nəticələrinə görə universitetdə fəaliyyət göstərən tələbə klublarının 17 layihəsi dəstək almağa layiq görülüb. Ümumilikdə ölkədə 6.659 müraciət daxil olub və bunlardan 1.378 layihə dəstək alıb. BŞEÜ-nin tələbə klublarının koordinasiyası ilə təqdim etdiyi layihələrin 17-si seçilməklə universitet uğurlu nəticə əldə edib. Bu nailiyyət universitetin layihələr sıralamasında önəmli irəliləyişini göstərir”.






İlk şərhi yaza bilərsiniz