Press "Enter" to skip to content

DVX yeni sosial əməkdaşlıq layihəsinə başlayıb

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Kapital Bank” və “Paşa Bank” ilə birgə həyata keçirilən yeni sosial əməkdaşlıq layihəsinə başlayıb. Layihə çərçivəsində “ƏDV geri al” mexanizminin inzibatçılığı daha da sadələşdirilib və vətəndaşların geri qaytarılan vəsaitləri daha operativ və rahat şəkildə əldə etməsi təmin olunub.

Bu barədə DVX-nin məlumatında qeyd edilib.

Bildirilib ki, artıq ƏDV-nin geri alınması üçün ödəniş çeklərində QR-kodun skan edilməsinə ehtiyac qalmayacaq: “Birbank kartı ilə “Kapital Bank” və “Paşa Bank”a məxsus POS-terminallarda ödəniş edildiyi halda, çeklər avtomatik olaraq Birbank tətbiqinin “Son əlavə olunan çeklər” bölməsinə daxil ediləcək və ƏDV məbləği növbəti 30 gün ərzində vətəndaşlara geri qaytarılacaq. Qeyd edək ki, bu yenilik ilkin mərhələdə yalnız müəyyən satış nöqtələrində hər iki bankın kartları üçün aktiv olacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.