Press "Enter" to skip to content

Gömrük əməkdaşlarına insan alverinə qarşı mübarizə ilə bağlı təlim

Gömrük əməkdaşlarına insan alverinə qarşı mübarizə ilə bağlı təlim

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA), Dövlət Gömrük Komitəsi (DGK) və “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə insan alverinə qarşı mübarizə mövzusuna həsr olunan təlim təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “DGK-nın Akademiyasında keçirilən tədbirdə Agentliyin və İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, eləcə də Akademiyanın əməkdaşları, İctimai Birliyin nümayəndələri və Komitənin ərazi və ixtisaslaşmış struktur bölmələrinin işçiləri iştirak ediblər. Çıxışlar zamanı Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində qurbanların hüquqlarının müdafiəsindən danışılıb. Həmçinin müxtəlif xidmətlər göstərməyə məcbur edilmə və insanların istismar edilməsinin digər formaları barədə məlumatlar verilib. İnsan alverinin gender xüsusiyyətləri, uşaqlara xas aspektləri, eləcə də bu sahədə preventiv hazırlığın gücləndirilməsindən bəhs edilib”.

Ardınca xəbərdə, “təqdimatlarda insan alverinə qarşı mübarizənin əhəmiyyətinə, bu istiqamətdə Azərbaycanda görülən işlərə, eləcə də gömrük əməkdaşlarının bu mövzuda maarifləndirilməsinin əhəmiyyətinə diqqət çəkilib. Sonda müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.