Press "Enter" to skip to content

İdman fakültəsi tələbələrinin uğuru

Qaliblər

BAYRAQDAR MEDİA –Ardahan Universitetinin İdman Elmləri Fakültəsi Burdur Mehmet Akif Ersoy Universitetinin ev sahibliyi ilə keçirilən Universitetlərarası Qol Güləşi Çempionatında böyük uğura imza atıb.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, Türkiyənin müxtəlif bölgələrindən 59 universitetin iştirak etdiyi geniş miqyaslı yarışda universitetin tələbələri yüksək nəticələr göstəriblər: “Fakültənin tələbəsi Aybüke Yıldız göstərdiyi möhtəşəm performansla yarışın ən diqqət çəkən idmançılarından biri olub. O, həm sağ, həm də sol qol kateqoriyalarında bütün rəqiblərini məğlub edərək hər iki istiqamətdə Türkiyə çempionu adına layiq görülüb və universitetinə qızıl medal qazandırıb. Yarışda universiteti təmsil edən digər tələbə Emil də uğurlu çıxış edərək yüksək nəticə əldə edib. Güclü rəqabət şəraitində keçirilən turnirdə Emil üçüncü yeri tutaraq bürünc medala sahib olub”.

Məlumatda deyilir ki, qazanılan bu nəticələr tələbələrin idman bacarıqlarını və fakültədə tətbiq olunan peşəkar məşq sisteminin səmərəsini göstərir: “Universitet rəhbərliyi yayımladığı təbrik mesajında hər iki idmançıya gələcək akademik və idman fəaliyyətlərində uğurlar arzulayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.