Apellyasiya Komissiyasına müraciət müddəti 10 gündür
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin, eləcə də Agentliyin bp və Qarabağ Dirçəliş Fondu ilə birlikdə elan etdiyi müsabiqələrin nəticələrindən şikayəti olan QHT-lər Agentliyin Apellyasiya Komissiyasına 10 gün müddətində müraciət edə bilər.
Bu barədə Agentliyin məlumatında bildirilib.
Qeyd edilib ki Apellyasiya Komissiyasına müraciət martın 21-i saat 23:59-a qədər Agentliyin e-poçt ünvanı – office@ngoagency.gov.az vasitəsilə qəbul olunacaq. Komissiya müraciəti araşdırdıqdan sonra QHT ilə əlaqə saxlanılacaq.






İlk şərhi yaza bilərsiniz