Azərbaycan Milli QHT Forumu tərəfindən sağlam həyat tərzinin təşviqi kampaniyası çərçivəsində Azərbaycan Kardiologiya Cəmiyyəti ilə birgə “Ürək-damar xəstəliklərində profilaktikanın rolu” mövzusunda ictimai müzakirə keçirilib.
Bu barədə AMQF-dən məlumat verilib.
Məlumata görə, tədbirin açılış nitqini Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Ramil İskəndərli edib: “O, sağlam həyat tərzinin təşviqinin və ürək-damar xəstəliklərinin profilaktikasının cəmiyyət üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Eyni zamanda bu istiqamətdə dövlət və vətəndaş cəmiyyətlərinin əməkdaşlığının və maarifləndirici təşəbbüslərin vacibliyini qeyd edib”.
Daha sonra Azərbaycan Kardiologiya Cəmiyyəti İB-nin sədri, Avropa və Amerika kardiologiya cəmiyyətlərinin fəxri üzvü, tibb elmləri üzrə mütəxəssis Yasmin Rüstəmova mövzu ətrafında geniş təqdimatla çıxış edib: “Təqdimatda ürək-damar xəstəliklərinin yaranma səbəbləri, risk faktorları, erkən diaqnostikanın əhəmiyyəti və profilaktik tədbirlərin rolu barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb”.
Tədbirdən öncə iştirakçılar üçün mobil formatda ilkin tibbi müayinələr təşkil olunmuş, bu çərçivədə vətəndaşların sağlamlıq göstəriciləri yoxlanılıb və onlara həkim tövsiyələri təqdim edilib.






İlk şərhi yaza bilərsiniz