Press "Enter" to skip to content

AQTİ-dən yeni standart və xidmətlər – VİDEO

AQTİ-dən yeni standart və xidmətlər

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) AZS ISO/IEC 17021-1:2021 standartının tələblərinə uyğun olaraq Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilib. Bu akkreditasiya İnstituta AZS ISO 22000:2022 “Qida təhlükəsizliyi idarəetmə sistemləri – qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” dövlət standartı üzrə idarəetmə sistemlərinin sertifikatlaşdırılması fəaliyyətini həyata keçirmək səlahiyyəti verir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTİ-dən daxil olub.

Xəbərdə deyilir ki, “AQTİ tərəfindən sözügedən standart üzrə sertifikatlaşdırma prosesi 4 mərhələdən ibarətdir. İlk mərhələdə sahibkar müraciət forması və ərizəni dolduraraq İnstituta təqdim edir. Daha sonra daxil olan müraciət təhlil edilir, sənədlər yoxlanılır və sifarişçiyə qiymət təklifi ilə müqavilə təqdim edilir. AZS ISO 22000:2022 sertifikatlaşdırmasının növbəti mərhələsində müəssisədə tətbiq olunan qida təhlükəsizliyi idarəetmə sistemi yerində qiymətləndirilir, onun effektivliyi və standartın tələblərinə uyğunluğu yoxlanılır. Audit və qiymətləndirmə nəticələrinə əsasən, tələblərə cavab verən müəssisələrə Sertifikatlaşdırma Komitəsinin qərarı ilə 3 il müddətinə uyğunluq sertifikatı təqdim edilir. Sertifikatın qüvvədə olduğu müddətdə illik nəzarət auditləri vasitəsilə sistemin davamlı uyğunluğu təmin edilir”.

Sonra xəbərdə, “İnstitut tərəfindən AZS ISO 22000:2022 üzrə sertifikatlaşdırma qida məhsullarının istehsalı, emalı, qablaşdırılması, saxlanması və dövriyyəsi ilə məşğul olan bütün müəssisələr üçün nəzərdə tutulur. Bu xidmət qida zəncirində iştirak edən müəssisələrin fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına, istehlakçı etibarının artmasına və ixrac imkanlarının genişlənməsinə töhfə verir. Sertifikatlaşdırma xidmətləri və prosedurları haqqında daha ətraflı məlumatı AQTİ-nin rəsmi internet səhifəsindən əldə etmək mümkündür” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.