BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu gün mart ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları da ödənilib.
Bu barədə Fonddan məlumat verilib.
Qeyd edilib ki, beləliklə, Fond bu ayın bütün sosial ödənişlərini qrafikdən əvvəl başa çatdırıb.
Bundan əvvəl martın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, martın 11-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin mart ayı üzrə pensiyaları qrafikdən əvvəl ödənilib.






İlk şərhi yaza bilərsiniz