Press "Enter" to skip to content

“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsi 

“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsi 

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kino Agentliyi tərəfindən keçirilən “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsinin nəticələri məlum olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycan kinematoqrafiyasının inkişafına yönəlmiş müsabiqə çərçivəsində təqdim olunan layihələr mərhələli qiymətləndirmədən keçərək pitçinq mərhələsinə təqdim edilib. Pitçinq mərhələsinin nəticələrinə əsasən aşağıdakı film layihələri 2026-ci il üzrə dövlət sifarişi ilə istehsal üçün seçilib:
– Türkmənçay — “Şahdağ Film” MMC, rejissor Elxan Cəfərov
– Rəqqa — “Rakurs Film-Media” MMC, rejissor İsmayıl Səfərəli
– Mən, Lalə, bir də o — İctimai Televiziya və Radio Yayımları Şirkəti, rejissor Rüfət Şahbazov. Seçilmiş layihələr Azərbaycan kino sənayesinin inkişafına yönəlmiş yaradıcı yanaşmaları, aktual mövzuları və müxtəlif bədii həll yollarını özündə əks etdirir”.

Müsabiqə milli kino istehsalının sistemli şəkildə dəstəklənməsi, yaradıcı mühitin stimullaşdırılması və keyfiyyətli film layihələrinin həyata keçirilməsinə şərait yaradılması məqsədini daşıyır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.