Press "Enter" to skip to content

Eskişehirin “Qara Fatma” heykəli

“Qara Fatma” heykəli

BAYRAQDAR MEDİA – Eskişehirin müxtəlif bölgələrində yerləşən və vətəndaşlara fərqli mesajlar verən çoxsaylı heykəlləri ilə tanınır. Şəhərin estetik görünüşünə böyük töhfə verən bu əsərlər arasında ən mənalı, lakin zamanla unudulmuş heykəllərdən biri də “Qara Fatma” heykəlidir. Xalq arasında bu heykəl “Kara Fatma”, “Kara Kız” və ya “Arap Bacı” kimi adlarla tanınıb.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumat görə, heykəl 1967-ci ildə həmin dövrün Eskişehir bələdiyyə başçısı Sebahattin Gündayın təşəbbüsü ilə heykəltəraş Doç. Tankut Öktem tərəfindən hazırlanıb: “ABŞ-dakı Azadlıq Heykəlinə bənzər formada layihələndirilən bu beton heykəldə əlində məşəl tutan qadın təsvir olunub və 1975-ci ildə Porsuk Bulvarına yerləşdirilib”.

Qeyd edilib ki, 2002-ci ildə Porsuk çayının yatağının təmizlənməsi və bərpası zamanı heykəlin postamenti zədələnib: “Təmizlik işləri zamanı heykəl ağır zərər gördüyündən onun bərpası mümkün olmayıb. Buna baxmayaraq, Anadolu qadınının gücünü simvolizə edən bu heykəl insanların yaddaşında yaşamağa davam edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.