BAYRAQDAR MEDİA – Novruz Bayramı ərəfəsində Iğdır şəhərində baharın və bərəkətin rəmzi sayılan səməni hazırlıqlarına başlanılıb. Taxılların cücərdilməsi ilə hazırlanan səmənilər bayram süfrələrini bəzəməyə hazırlaşır.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, səməni adətən buğda, qarğıdalı və ya arpa dənələrinin isladılıb bir neçə gün ərzində cücərdilməsi ilə hazırlanır: “Yaşıllaşan taxıl dənələri təbiətin yenidən canlanmasını və baharın gəlişini ifadə edir və Novruz süfrələrinin vazkeçilməz rəmzlərindən biri hesab olunur. Hər il Novruzdan əvvəl Iğdırda evlərdə və bəzi obyektlərdə yetişdirilən səmənilər bayram günü süfrələrin ortasına qoyularaq şənliklərə xüsusi rəng qatır. Bölgədə yaşayan bir çox sakin bu qədim ənənəni yaşatmaq məqsədilə Novruza günlər qalmış səməni yetişdirməyə başlayır”.






İlk şərhi yaza bilərsiniz