Press "Enter" to skip to content

Qasım-Jomart Toqayev: Yeni Konstitusiya gənclər üçün istiqamətverici olmalıdır

Qasım-Jomart Toqayev

BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev media nümayəndələri üçün keçirilən brifinqdə yeni Konstitusiya layihəsini şərh edib.

Bu barədə Kazinform agentliyi məlumat verib.

Məlumata görə, dövlət başçısı “Mən artıq demişdim ki, bu, Ədalətli Qazaxıstanın Konstitusiyasıdır, bu, Qanun və Qayda Konstitusiyasıdır. Bu, gələcəyə yönəlmiş Konstitusiyadır”, – deyə bildirib.

Qasım-Jomart Toqayevin sözlərinə görə, yeni Əsas Qanun böyük ölçüdə gənc nəslə həsr olunub: “Bu Konstitusiya ilk növbədə gənclər üçün istiqamətverici, yol göstəricisi rolunu oynamalıdır. Bu, həmin Konstitusiyanın əsas təyinatıdır. Qazaxıstan mütərəqqi və müasir bir ölkə olmalıdır. Qarşımızda duran çox mühüm məqsəd də məhz budur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.