Press "Enter" to skip to content

Türkiyə-Azərbaycan qardaşlığına starteji baxış

Prof. Dr. Mehmet Yüce

BAYRAQDAR MEDİA – “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər beynəlxalq münasibətlər ədəbiyyatında nadir hallarda rast gəlinən dərəcədə dərin tarixi, mədəni, etnik və strateji əsaslara söykənən özünəməxsus bir tərəfdaşlıq modelini təmsil edir. Bu münasibətlər rəsmi diskursda “bir millət, iki dövlət” ifadəsi ilə səciyyələnsə də, əslində daha geniş strateji dərinliyə malikdir. Ortaq dil, mədəniyyət və tarixi yaddaş üzərində qurulan bu bağ iki ölkə arasında yalnız diplomatik və ya iqtisadi əməkdaşlıq deyil, eyni zamanda güclü ictimai həmrəylik mühiti formalaşdırmışdır”.

Bu fikirlər qardaş Türkiyədən olan Prof. Dr. Mehmet Yücenin qələmə aldığı və sabah.com.tr saytında dərc olunun yazısında öz əksini tapıb. İki qardaş ölkənin əlaqələrinin bütün aspektlərdən təhlil edildiyi yazıda o da qeyd edilir ki, beynəlxalq sistemin mürəkkəb quruluşu və hər iki ölkənin fərqli geosiyasi mühitlərdə fəaliyyət göstərməsi səbəbindən bəzi məsələlərə müxtəlif perspektivlərdən yanaşılması mümkündür. Bu hal Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın zəiflədiyi anlamına gəlmir. Əksinə, qarşılıqlı hörmət və suverenlik prinsipi əsasında həyata keçirilən bu yanaşma münasibətlərin sağlam və davamlı bir zəmin üzərində inkişaf etdiyinin göstəricisi kimi qiymətləndirilməlidir.

Dəyərli oxucular yazını bu linkdən oxuya bilərlər

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.