Press "Enter" to skip to content

Vətəni canından artıq sevən oğullar

Mikayıl Rüstəmov

BAYRAQDAR MEDİA – Vətən anlayışı hər bir insan üçün doğma torpaq, ana dili, bayraq və tarix deməkdir. Bu dəyərlər təhlükə altına düşəndə xalq öz qəhrəman övladlarını önə verir. Şəhidlər məhz bu müqəddəs dəyərləri qorumaq üçün canlarından keçirlər. Onların fədakarlığı nəticəsində Vətən bütöv qalır, sərhədlər qorunur, bayraq azad səmalarda dalğalanır.

Rüstəmov Mikayıl Ənvər oğlu da Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində adı ehtiramla çəkilən, Vətən yolunda canından keçərək şəhidliyin zirvəsinə ucalan igidlərdən biridir. Onun həyatı, mübarizəsi və müqəddəs amal uğrunda göstərdiyi fədakarlıq bugünkü və gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir. Şəhidlik zirvəsi hər kəsə nəsib olmur. Bu ucalığa yalnız Vətəni canından artıq sevən, torpağın hər qarışını namus bilən insanlar yüksələ bilir. Mikayıl da məhz belə oğullardan idi.

O, 1970-ci il yanvarın 1-də Ağdam rayonunun Bağbanlı kəndində dünyaya göz açıb. 1977-ci ildə Bağbanlar kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1987-ci ildə isə həmin məktəbi əla qiymətlərlə bitirib. 1988-ci ilin yayında ordu sıralarına çağırılıb. Hərbi xidmətini Çexoslovakiya Respublikasında keçirib. Xidməti dövründə bacarığına və davranışına görə fəxri fərmanla təltif olunub. Xidməti bitirməsinə dörd ay qalmış, 1990-cı ilin fevralında “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib. 1990-cı ilin iyun ayında baş serjant rütbəsində ordudan tərxis olunub.

Yuxarıda təqdim etdiyimiz fikirlər 1992-ci il mayın 15-də qəhramanlıqla döyüşərək şəhid olan Mikayıl Rüstəmova həs edilmiş yazıdandır. Elnurə İsaxanın müıllifi olduğu və herbiand.az saytında dərc edilən yazıda şəhidn həyat yolundan bəhs edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.