Referendumda seçicilərin 73,01 faizi səs verib
BAYRAQDAR MEDİA – Martın 15-də Qazaxıstanda yeni Konstitusiya ilə bağlı keçirilən respublika referendumunda səsvermə saat 20:00-da başa çatıb. Bundan sonra məntəqə komissiyaları səslərin sayılmasına başlayıblar.
Bu barədə Kazinform agentliyii məlumat verib.
Referendumda ilkin seçici fəallığı 73,01 faiz təşkil edib.
Həmçinin, exit-pollun nəticələrinə əsasən səsvermədə iştirak edənlərin 86,7 faizinin yeni Konstitusiyanın lehinə səs verdiyi bildirilir.
Qeyd edək ki, yeni konstitusiya layihəsinin mətni fevralın 12-də açıqlanıb. Yeni əsas qanunun hazırda qüvvədə olandan prinsipial fərqləri arasında parlamentin birpalatalı modelə keçid, vitse-prezident postunun təsis edilməsi, eləcə də ali məşvərətçi orqan qismində Xalq Şurasının formalaşdırılması yer alır. Bundan əlavə, sənəd bir sıra yeni müddəaları, o cümlədən milli qanunvericiliyin beynəlxalq hüquq normaları üzərində üstünlüyünü təsbit edir.
Referendumda vətəndaşlar tərəfindən dəstəklənəcəyi təqdirdə, yeni konstitusiya iyulun 1-dən qüvvəyə minəcək.






İlk şərhi yaza bilərsiniz