Press "Enter" to skip to content

Aqrar sahəyə dövlət dəstəyi ilə bağlı müzakirə

Aqrar sahəyə dövlət dəstəyi ilə bağlı müzakirə

BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar İnnovasiya Mərkəzi, Cəlilabad Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Cəlilabad rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə dövlət qurumlarının və özəl maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatı sektorunda tətbiq olunan dövlət dəstəyi mexanizmləri, fermer və sahibkarların mövcud imkanlardan daha səmərəli istifadə etməsi, eləcə də aqrar sahədə biznes mühitinin inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb. Panel müzakirəsi çərçivəsində fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb, tədbir iştirakçılarına dövlət proqramları və mövcud dəstək alətləri barədə ətraflı məlumat veriblər”.

Eləcə də tədbir zamanı dövlət-özəl tərəfdaşlığı çərçivəsində fermer və sahibkarlar üçün mövcud olan güzəştli kredit imkanları, subsidiya mexanizmləri, aqrar sığorta sistemi, dövlət məşğulluq proqramları, qida təhlükəsizliyi və sertifikasiya tələbləri, həmçinin su ehtiyatlarından səmərəli istifadə və vergi güzəştləri barədə məlumatlar təqdim edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.