BAYRAQDAR MEDİA – Ardahanda hər il yay aylarında keçirilən mədəniyyət, təbiət və yerli məhsullar festivallarının 2026-cı il təqvimi açıqlanıb.
Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.
Məlumata görə, iyul və avqust aylarında keçiriləcək tədbirlər region sakinlərini və şəhərdən kənardan gələn qonaqları bir araya gətirəcək: “Ardahan İl Mədəniyyət və Turizm Müdirliyinin məlumatına görə, festivallar iyulun ilk həftəsində başlayacaq və avqustun ortalarına qədər davam edəcək. Müxtəlif rayon və kəndlərdə keçiriləcək tədbirlər çərçivəsində konsertlər, mədəni proqramlar, yerli məhsulların təqdimatı və sosial fəaliyyətlər təşkil olunacaq”.
Qeyd edilib ki, festival proqramına Hanak Aşık Mazlum-i Festivalı, Göle Koyunlu Kəndi Təbiət və Mədəniyyət Festivalı, Köprülü Canibey Mədəniyyət və Yayla Festivalı, Damal Atatürkün İzində və Kölgəsində Festivalı, Bağdeşen Bülbülan Yayla Festivalı, Çıldır Kel Dağı Yayla Şənliyi, Beynəlxalq Çıldır Göl Festivalı, Göle Kaşar Festivalı, Posof Mədəniyyət və Sənət Festivalı və Ardahan Bal Festivalı daxildir. Yay boyu davam edəcək bu festivalların bölgənin turizminə töhfə verəcəyi və yerli mədəniyyətin tanıdılmasına mühüm dəstək olacağı gözlənilir.






İlk şərhi yaza bilərsiniz