Press "Enter" to skip to content

Azad edilmiş ərazilərdə növbəti fləşmob – VİDEO

Azad edilmiş ərazilərdə növbəti fləşmob

BAYRAQDAR MEDİA – İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdikcə illərdir vətən həsrəti ilə yaşayan sakinlərin öz doğma yurdlarına qayıdışı böyük tarixi hadisəyə çevrilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) təşkilatçılığı, Prezidentin işğaldan azad edilmiş ərazilərdəki Xüsusi Nümayəndəliklərinin dəstəyi ilə “Böyük Qayıdış”ın ruhunu əks etdirən növbəti fləşmob keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Komitənin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Qarabağ və Şərqi Zəngəzuru əhatə edən bu aksiya çərçivəsində öz evlərinə geri qayıtmış keçmiş məcburi köçkünlər yaşadıqları qürur və sevinc hisslərini çatdırıblar. Videoda Qarabağ və Şərqi Zəngəzurda yaşayan sakinlər yeni həyatın başlanğıcını tərənnüm edən sloqanlar səsləndiriblər. Fləşmobda müxtəlif nəsillərin nümayəndələri iştirak edib. Otuz illik ayrılıqdan sonra torpağına qovuşan ağsaqqalların duaları, gənclərin quruculuq əzmi və uşaqların doğma həyətlərdəki şən gülüşləri videonun əsas süjet xəttini təşkil edir. Doğma yurda qayıdan sakinlər səsləndirdikləri sloqanlarla yalnız bir fərdin deyil, bütöv bir xalqın qayıdış iradəsini ifadə ediblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.