Press "Enter" to skip to content

DİN və FHN-dən Novruz bayramı ilə bağlı birgə müraciət – VİDEO

DİN və FHN-dən Novruz bayramı ilə bağlı birgə müraciət

BAYRAQDAR MEDİA – Novruz bayramı ərəfəsində, xüsusən çərşənbə axşamlarında tonqalların qalanması əsrlərdir Azərbaycan xalqının tarixi köklərə əsaslanan adət-ənənələrindəndir. Amma bu bayram ritualını yerinə yetirən zaman yanğınların başvermə riskinin olduğu da unudulmamalıdır. Xüsusilə binaların həyətlərində, avtomobillərin yaxınlığında, eləcə də meşə və yaşıllıq ərazilərdə tonqalların qalanması ciddi təhlükə yarada bilər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması arzuolunmaz və acı nəticələrə yol aça bilər. DİN və Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların diqqətinə çatdırıb ki, bayram tonqalı tikili, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan ən azı 50 metr kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Təəssüf ki, hər il Novruz şənlikləri zamanı ehtiyatsızlıq səbəbindən yanğın, xəsarətalma və əmlaka ziyan dəyməsi halları qeydə alınır. Unudulmamalıdır ki, bir anlıq səhlənkarlıq ağır nəticələrə səbəb ola bilər”.

DİN və FHN Bayram sevincini faciəyə çevirməmək üçün hər kəsi yanğın təhlükəsizliyi qaydalarına və ətraf mühiti qorumağı vətəndaşlıq borcu bilib sadalanan nüanslara ciddi əməl etməyə çağırıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.