BAYRAQDAR MEDİA – Ankara Hacı Bayram Veli Üniversiteti (HBV) tərəfindən türk dünyasında baharın müjdəçisi kimi qəbul edilən Novruz Bayramı münasibətilə martın 24-də geniş miqyaslı bayram tədbiri təşkil olunacaq.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, türk dünyasının zəngin mədəniyyətini universitet kampusuna daşıyacaq şənlik saat 14:00-da başlayacaq və gün boyu davam edəcək müxtəlif tədbirlərlə yadda qalacaq: “Proqram çərçivəsində ənənəvi Novruz tonqalı yandırılacaq. HBV Oxçuluq Topluluğunun Ənənəvi Türk oxçuluğu üzrə oxatma nümayişi təqdim edəcəyi proqramda həmçinin TÜRKSOY Foto Sərgisi, Yesevi Sənət Topluluğunun çıxışı təşkil olunacaq”.
Tədbir çərçivəsində Akdeniz Erbaş mini konsert proqramı ilə çıxış edəcək, HBV Türk Xalq Oyunları Topluluğu isə səhnədə öz performansını nümayiş etdirəcək. Bundan əlavə, iştirakçılara Türkistan Birlik Elçileri Eğitim Kültür ve Yardımlaşma Derneği tərəfindən ənənəvi Türkistan plovu təqdim ediləcək.






İlk şərhi yaza bilərsiniz