BAYRAQDAR MEDİA – Iğdırda Xocalı Soyqırımı ilə bağlı məlumatlılığı artırmaq və milli yaddaşı gücləndirmək məqsədilə liseylər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. Artıq 13 ildir təşkil olunan tədbirdə “Xocalı üçün ədalət” mesajı ön plana çıxarılıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və Iğdır Azərbaycan Evinin birgə təşkil etdiyi yarışma şeir, inşa, rəsm və hekayə kateqoriyalarını əhatə edib: “Törəndə çıxış edən TADDEF sədr müavini Serdar Ünsal Xocalıda baş verənlərin bəşər tarixində qara ləkə olduğunu bildirib və gənclərin bu mövzuya həssas yanaşmasının çox önəmli olduğunu vurğulayıb”.
Tədbirdə qeyd olunub ki, gənclərin qələmindən və fırçasından çıxan əsərlər milli şüurun formalaşmasına töhfə verir. Sonda qalib şagirdlərə təşəkkürnamələr təqdim olunub və tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz