Press "Enter" to skip to content

“Bilim Kafe” tədbirləri davam edir

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Yozgat Bozok Universitetinin Elm Kommunikasiyası Ofisi tərəfindən “Rəqəmsal dövrdə psixi sağlamlıq: sosial media, tənhalıq və real əlaqə” mövzusunda “Bilim Kafe” adlı tədbir keçirilib. Tədbir Sağlamlıq Elmləri Fakültəsində təşkil olunub.

Bu barədə universitetdən bildirilib.

Qeyd edilib ki, Çekerek Fuat Oktay Sağlamlıq Xidmətləri Peşə Məktəbinin müəllimi Gurbet Bozkurt çıxışında rəqəmsal dövrün insanların psixi sağlamlığına təsirindən danışıb. O, sosial medianın şüurlu və balanslı istifadəsinin vacibliyini xüsusi vurğulayıb.

Tədbirdə sosial medianın tənhalıq hissi, aidiyyət duyğusu və real həyat münasibətlərinə təsiri elmi məlumatlar əsasında izah edilib. Görüş iştirakçıların suallarının cavablandırılması və fikir mübadiləsi ilə yekunlaşıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.