BAYRAQDAR MEDİA – Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Fəallıq Günəş səthində baş verən M sinif (R1-R2; kiçik-orta-radiodalğaların yayılmasını əngəlləyə bilən) səviyyədə alışmalar səbəbindən orta səviyyədə olacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından daxil olub.
Xəbərdə deyilir ki, “21 mart tarixinədək geomaqnit sahə normal fon səviyyəsində olacaq. 21-22 və 25 mart tarixlərində G1 (zəif-kiçik) səviyyəli geomaqnit dəyişiklik gözlənilir. Orta coğrafi enliklərdə geomaqnit sahə sakit olacaq. Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı 21-22 və 25 mart tarixləri üçün 5-ə bərabər, martın 31-dək digər günlər üçün 2-4, yüksək coğrafi enliklərdə isə 19 mart tarixində 6-7 intervalında olacaq”.
Günəşdə M (kiçik orta) sinif alışmaların baş vermə ehtimalı 15 faiz, X (güclü) alışmaların baş vermə ehtimalı isə 5 faizdir. Yaxın günlər üçün Günəşdə aktivlik orta səviyyədə, Yerin geomaqnit sahəsi sakit olacaq, müəyyən günlərdə orta-dəyişkən ola bilər. Güclü geomaqnit qasırğası gözlənilmir.






İlk şərhi yaza bilərsiniz