BAYRAQDAR MEDİA – Türkiyədə Van vilayətində qar və çovğun səbəbindən 26 yaşayış məntəqəsinin yolu nəqliyyat üçün bağlanıb.
Bu barədə erzurumajans.com saytı məlumat verib.
Məlumata görə, Yol Tikintisi, Baxımı və Təmir İdarəsinin əməkdaşları bağlı yolların açılması istiqamətində işlərini davam etdirirlər: “Hakkari vilayətindən verilən məlumata görə, əvvəlki gün qar səbəbindən bağlanan 61 yaşayış məntəqəsi yolundan 57-si görülən işlər nəticəsində yenidən istifadəyə verilib. Hazırda qarla mübarizə aparan qruplar qapalı qalan 4 yolun açılması üçün fəaliyyətlərini davam etdirir. Bələdiyyə əməkdaşları isə xüsusi texnika vasitəsilə şəhər mərkəzi və ara küçələrdə qarın təmizlənməsini həyata keçiriblər”.
Məluamtda deyilir ki, Bitlis vilayətində də qar səbəbindən 5 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib: “Vilayətin Yol və Nəqliyyat Xidmətləri İdarəsinin müdiri Ümit Kurtkan bildirib ki, bağlı yolların açılması istiqamətində işlər davam edir və qısa müddətdə bu yollar yenidən istifadəyə veriləcək. Muş vilayəti üzrə isə 15 kənd yolu hazırda bağlı vəziyyətdədir. Vilayət Xüsusi İdarəsinin baş katibi Şeyhmus Yentür qeyd edib ki, kənd yaşayış məntəqələrinə nəqliyyatın bərpası üçün işlər fasiləsiz şəkildə aparılır. O əlavə edib ki, vətəndaşların çətinlik yaşamaması üçün qarla mübarizə tədbirləri davam etdirilir”.






İlk şərhi yaza bilərsiniz