BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Tanıtım Platformasının başqanı Okyay Sadıkoğlu və onu müşayiət edən nümayəndə heyəti Doğu Akdeniz Üniversitesinin rektoru Hasan Kılıç ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Kuzey Kıbrıs Tanıtım Platformasından məlumat verilib.
Məlumata görə, görüş çərçivəsində KKTC-nin dünyaya açılan mühüm pəncərələrindən biri olan və on minlərlə məzunu ilə Kuzey Kıbrıs Türk Cumhuriyetinin beynəlxalq tanınmasına töhfə verən universitetin inkişaf yolu qeyd edilib. Nümayəndə heyəti universitetin bu səviyyəyə çatmasında əməyi olanlara rektor Hasan Kılıçın simasında təşəkkürünü bildirib.
Eyni zamanda görüşdə Doğu Akdeniz Universitetinin keçmişdən bu günə həyata keçirdiyi fəaliyyətlər və gələcək dövrdə planlaşdırılan təşəbbüslər müzakirə olunub. Bununla yanaşı, Kuzey Kıbrıs Tanıtım Platformasının 2026-cı il hədəfləri dəyərləndirilərək ortaq məqsədlər istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəlinib.






İlk şərhi yaza bilərsiniz