BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universitetində (ÇOMÜ) fiziki infrastrukturu gücləndirmək və tələbələr üçün daha müasir təhsil mühiti yaratmaq məqsədilə həyata keçirilən layihələr sürətlə davam edir. Universitetin rektoru Prof. Dr. R. Cüneyt Erenoğlu Terzioğlu kampusu başda olmaqla müxtəlif tikinti sahələrini ziyarət edərək işlərin gedişini yerində izləyib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, rektor tikinti prosesləri barədə texniki heyətdən ətraflı məlumat alaraq bu investisiyaların universitetin inkişaf strategiyası üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, layihələr tamamlandıqdan sonra tələbələr və akademik heyət üçün daha səmərəli təhsil və tədqiqat mühiti formalaşacaq.
Yoxlamalar zamanı fakültə binaları, laboratoriya kompleksləri və sosial obyektlərdə aparılan işlərin keyfiyyəti və təhlükəsizlik tədbirləri də qiymətləndirilib. Layihələrin tamamlanması ilə universitetin tədris imkanlarının genişlənməsi və regionun ən müasir ali təhsil müəssisələrindən birinə çevrilməsi hədəflənir.





İlk şərhi yaza bilərsiniz