BAYRAQDAR MEDİA – Martın 17-də “LIBRAFF”da Aşıq Ələsgərin “Sarı köynək” kitabının təqdimatı keçirilib.
Tədbirdə öncə layihənin rəhbəri və kitabı nəşrə hazırlayan Aşıq Ələsgərin kötücəsi Aysel Zahidqızı çıxış edərək kitabın ərsəyə gəlməsi haqqında danışıb, eləcə də nəşrdə əməyi keçənlərə təşəkkür edib.
Sonra Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli və digər çıxış edənlər Aşıq Ələsgərin irsindən, yaradıcılığının dərinliklərindən, onun aşıq sənətinə verdiyi töhfələrdən söhbət açıblar.
Həmçinin bildirilib ki, yeni nəşrdə uşaqlar üçün asan, onların anlaya biləcəyi şeirlərə yer verilib.
Tədbir zamanı aşıq musiqiləri ifa edilib.
Qeyd edək ki, sözügedən kitab TEAS Press Nəşriyyat Evinin ”3 alma” uşaq ədəbiyyatı bölməsi tərəfindən nəşr edilib.






İlk şərhi yaza bilərsiniz