BAYRAQDAR MEDİA – UNESCO-nun Dünya İrsi Müvəqqəti Siyahısında yer alan və “qladiatorlar şəhəri” kimi tanınan Stratonikeia antik şəhərində qazıntı və bərpa işləri davam edir. Pamukkale Universitetinin arxeologiya üzrə professoru və qazıntı rəhbəri Bilal Söğüt bildirib ki, bu işlər ilboyu aparılır.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, qazıntı aparılmayan dövrlərdə qapalı məkanlarda tapıntıların bərpası həyata keçirilir və bəzi daş əsərlər vinç vasitəsilə emalatxanalara daşınır: “Bu il başlanan yeni proqram çərçivəsində Pamukkale Universitetinin Buldan Peşə Məktəbinin memarlıq bərpası ixtisası üzrə tələbələri də prosesə cəlb olunub. Tələbələr 15 günlük mərhələlərlə müxtəlif bölmələrdə çalışaraq tapıntıların torpaqdan çıxarılmasından təmizlənməsi, rəsm və rəqəmsal qeydiyyatı, həmçinin bərpası mərhələlərini praktiki şəkildə öyrənirlər. Bu təcrübənin onların gələcək peşə fəaliyyətində böyük əhəmiyyət daşıdığı vurğulanır”.






İlk şərhi yaza bilərsiniz